Menyu

Konqoda "Ebola"ya yoluxanların sayı 2267 nəfərə çatıb

Operativ Media
Konqoda "Ebola"ya yoluxanların sayı 2267 nəfərə çatıb

Konqo Demokratik Respublikasında “Ebola” virusuna yoluxanların sayı artaraq 2267 nəfərə çatıb, 893 nəfər ölüb.

Operativ Media yerli mediaya istinadla xəbər verir ki, şənbə gününədək olan rəsmi məlumatlara görə, 24 saat ərzində 86 yeni yoluxma və 29 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu, tarixdə qeydə alınan üçüncü ən böyük “Ebola” epidemiyasına yoluxmadır və son bir ay ərzində əvvəlki bütün epidemiyalardan daha sürətlə yayılıb.

ÜST rəhbəri bildirib ki, 2018-ci ildə Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası zamanı 2000 təsdiqlənmiş yoluxma həddinə çatmaq üçün 10 aydan çox vaxt tələb olunmuşdu. 2018-2020-ci illərdə ölkədə qeydə alınan ən ağır epidemiyada isə təxminən 3500 yoluxma halından 2300-ü ölümlə nəticələnmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər