Menyu

İordaniya İran tərəfindən buraxılan üç raketi ələ keçirib

Operativ Media
İordaniya İran tərəfindən buraxılan üç raketi ələ keçirib
1 dəq oxu

İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı hava hücumundan müdafiə sistemlərinin krallığa yönəlmiş dörd İran raketindən üçünü vurduğunu açıqlayıb.

Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"İordaniya hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan üç ballistik raketi ələ keçirib və məhv edib. Dördüncü raket ölkənin cənubundakı, yaşayış məntəqələrindən uzaq bir əraziyə düşüb.

Hərbçilərin məlumatına görə, hadisə nəticəsində ölən və ya maddi ziyan dəyməyib”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər