Menyu

Qazaxıstan neftinin CPC terminalında yüklənməsi PUA hücumundan sonra dayandırılıb

Operativ Media
Qazaxıstan neftinin CPC terminalında yüklənməsi PUA hücumundan sonra dayandırılıb

Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında yüklənməsi iki tankerə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumdan sonra müvəqqəti dayandırılıb.

Operativ Media Qazaxıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki,, iyulun 19-da yükləmə əməliyyatları zamanı Qazaxıstanda hasil olunan neftin daşındığı ASIA və NISSOS IOS tankeriləri hücuma məruz qalıb.

Hücum nəticəsində gəmilərdə yanğın baş verib. Ekipajların operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, həmçinin neftin dənizə sızmasına yol verilməyib.

Nazirliyin məlumatına əsasən, terminalın üzən yanalma qurğuları – VPU-1 və VPU-3 zədələnməyib. Bununla belə, insidentin nəticələri tam qiymətləndirilənədək yükləmə əməliyyatları dayandırılıb.

Qazaxıstanın Energetika Nazirliyi kritik enerji infrastrukturuna aid mülki obyektlərə qarşı hücumları qəbuledilməz adlandırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər