Menyu

İordaniya İrana nota verib

Operativ Media
İordaniya İrana nota verib
1 dəq oxu

İordaniya Xarici İşlər Nazirliyi İranın Əmmandakı müvəqqəti işlər vəkilini çağıraraq, krallıq ərazisinə edilən raket hücumları ilə bağlı qəti etiraz notası təqdim edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Nazirliyin rəsmi nümayəndəsi Fuad əl-Macali bildirib ki, Tehrandan hücumları dərhal dayandırmaq tələb olunub və İordaniyanın təhlükəsizliyinin "qırmızı xətt" olduğu vurğulanıb. Əmman bu hücumları ölkə suverenliyinin və beynəlxalq hüququn kobud pozulması kimi pisləyib.

Qeyd edək ki, bundan əvvəl İordaniya Silahlı Qüvvələri krallığı hədəf alan 4 İran raketindən 3-nün hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlamışdı.

Əlaqəli Xəbərlər