Rubio: ABŞ İranla münaqişənin diplomatik yolla həllinə çalışacaq
ABŞ administrasiyası İran ilə mövcud ixtilafın diplomatik vasitələrlə həll olunmasında maraqlıdır.
Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-nin Dövlət katibi Marko Rubio məlumat verib.
Xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun hər zaman dialoqa hazır olduğunu və bu istiqamətdə Tehrana qarşı əvvəllər də bir neçə dəfə təşəbbüslə çıxış etdiyini vurğulayıb. M.Rubio rəsmi Vaşinqtonun bundan sonra da cəhdlərini davam etdirəcəyini qeyd edib.
Dövlət katibi, həmçinin əlavə edib ki, diplomatik qarşılıqlı fəaliyyət imitasiya xarakteri daşımamalı, real olmalıdır. Onun sözlərinə görə, tərəflər arasında əldə ediləcək potensial saziş İran tərəfindən icra olunmalı və riayət edilməli olan konkret öhdəlikləri əks etdirməlidir.