Menyu

Kamçatka sahillərində zəlzələ baş verib

Operativ Media
Kamçatka sahillərində zəlzələ baş verib
1 dəq oxu

Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Seysmoloqların bildirdiyinə əsasən, zəlzələnin episentri 20,9 kilometr dərinlikdə, Petropavlovsk-Kamçatskidən təxminən 229 kilometr məsafədə yerləşib.

Yerli sakinlərin sözlərinə görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərində də hiss olunub.

Əlaqəli Xəbərlər