Menyu

ABŞ Körfəz ölkələrindən Hörmüz boğazının mühafizəsi qarşılığında investisiya alacaq

Operativ Media
ABŞ Körfəz ölkələrindən Hörmüz boğazının mühafizəsi qarşılığında investisiya alacaq

ABŞ Dövlət katibi Marko Rubio Fars körfəzi regionunun bir sıra dövlətlərinin Vaşinqtonun Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etməsi müqabilində Birləşmiş Ştatlar iqtisadiyyatına sərmayə yatırmaq öhdəliyi götürdüklərini bəyan edib.

Operativ Media xəbər verir ki, jurnalistlərə açıqlama verən xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun beynəlxalq gəmiçiliyin qorunması üçün lazımi addımları atmağa davam edəcəyini, lakin digər ölkələrin də bu maliyyə yükünü bölüşmək üçün resurs və ya vəsait ayırmalı olduğunu vurğulayıb. M.Rubio bütün planetin dəniz nəqliyyatını daimi olaraq qorumağın təkcə ABŞ-nin vəzifəsi olmadığını bildirib və artıq bəzi investisiya öhdəliklərinin götürüldüyünü, digər ölkələrin də analoji addımları atacağını qeyd edib.

​Dövlət katibi həmçinin əlavə edib ki, region ölkələrinin bu cür investisiyalar qoya bilməsi üçün gəlir əldə etmək imkanları olmalıdır, lakin neft və qaz resursları bazara çıxarılmasa, bu, qeyri-mümkündür.

​Xatırladaq ki, cari həftənin əvvəlində ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarət etmək və təhlükəsizliyin təmin olunması qarşılığında daşınan yüklərin dəyərinin 20 faizi həcmində kompensasiya almaq niyyətində olduğunu bəyan etmişdi. Lakin daha sonra o, "Truth Social" şəbəkəsində paylaşım edərək gəmilərin keçidi üçün birbaşa ödəniş tələb etmək ideyasından daşındığını, bunun əvəzinə Körfəz ölkələri ilə ticarət və investisiya sazişlərinin bağlanmasına üstünlük veriləcəyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər