Menyu

WP: ABŞ İranla genişmiqyaslı müharibəyə yaxınlaşır

Operativ Media
WP: ABŞ İranla genişmiqyaslı müharibəyə yaxınlaşır

İraq və İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra ABŞ-nin İranla genişmiqyaslı müharibənin başlanmasına yaxınlaşdığı iddia olunub.

Operativ Media xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb. Nəşrin mənbəsinə görə, Pentaqon artıq Yaxın Şərqdəki hərbi təyyarələrinin sayını artırmağa başlayıb. Bununla belə, ABŞ-nin hərbi əməliyyatları genişləndirmək imkanlarının hava hücumundan müdafiə (HHM) vasitələrinin və uzaqmənzilli mərmilərin ehtiyatlarının azalması, həmçinin döyüş itkiləri səbəbindən regiona əlavə qoşun və aviasiya göndərilməsinin məhdudlaşması səbəbindən çətinləşə biləcəyi vurğulanıb.

​Məlumata görə, amerikalı rəsmi qəzetə müsahibəsində Birləşmiş Ştatların əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursunun olmadığını diqqətə çatdırıb.

​Bildirilib ki, ABŞ-İran münaqişəsində növbəti eskalasiya iyulun 8-də start götürüb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan bəri ilk dəfə olaraq İslam Respublikasının ərazisinə bir neçə seriyalı zərbələr endirib. Rəsmi Vaşinqton bu addımı Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab xarakterli adlandırıb. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Cavab tədbirləri çərçivəsində isə Tehran ABŞ-nin Bəhreyn, İordaniya, Qatar, Küveyt, BƏƏ və Oman ərazilərində yerləşən Yaxın Şərq obyektlərinə zərbələr endirməyə başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər