Menyu

Banqladeş və ABŞ birgə hərbi təlimlərə başlayıblar

Şəfa Hüseynli
 Banqladeş və ABŞ birgə hərbi təlimlərə başlayıblar
1 dəq oxu

Banqladeş və ABŞ iki ölkə arasında strateji tərəfdaşlığı və Hind-Sakit Okean bölgəsində əməkdaşlığı gücləndirmək üçün birgə hərbi təlimə başlayıblar.

Operativ Media xəbər verir ki, bu barədə Banqladeş Silahlı Qüvvələri məlumat yayıb.

Para Komando Briqadasının nəzarəti altında keçirilən 13 günlük təlim bazar günü başlayıb, 31 iyulda başa çatacaq.

13 günlük təlimdə iki ölkədən ümumilikdə 184 hərbçi iştirak edəcək.

Əlaqəli Xəbərlər