Zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki bloklanıb
Şəfa Hüseynli
Dövlət qurumlarının informasiya resurslarının şəbəkə səviyyəsində etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə “AzStateNet” şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə URL əsaslı 8,5 milyona yaxın təhlükəli keçid, həmçinin virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan artıq şəbəkə trafiki bloklanıb.
Operativ Media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 2026-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirədə xidmət rəisi İlqar Musayev bildirib.
Eyni zamanda, “Sandbox” mühafizə sistemi tərəfindən 64 mindən artıq zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib və son istifadəçilərin yoluxmasının qarşısı alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net