Menyu

Avstriyanın Azərbaycandakı yeni səfiri avqustun sonunda Bakıya gələcək

Operativ Media
Avstriyanın Azərbaycandakı yeni səfiri avqustun sonunda Bakıya gələcək
1 dəq oxu

Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Operativ Media xəbər verir ki, bu barədə  Avstriyanın Bakıdakı səfirliyi məlumat yayıb.

"Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir", - səfirlikdən vurğulanıb.

Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan - red.) çalışıb.

Əlaqəli Xəbərlər