Menyu

Livanda İsrailin hücumları nəticəsində həlak olanların sayı 4328-ə çatıb

Operativ Media
Livanda İsrailin hücumları nəticəsində həlak olanların sayı 4328-ə çatıb
1 dəq oxu

Livanda İsrailin hərbi əməliyyatları nəticəsində həlak olanların ümumi sayı 4328 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Bildirilib ki, 12 229 nəfər isə yaralanıb.

Həmçinin Beyrut və ətraf rayonların səmasında İsrailin pilotsuz uçuş aparatlarının (PUA) aktivliyi müşahidə olunduğu qeyd edilib.

Əlaqəli Xəbərlər