Menyu

Fransanın iki diplomatı İranın kəşfiyyat xidmətləri tərəfindən saxlanılıb

Operativ Media
Fransanın iki diplomatı İranın kəşfiyyat xidmətləri tərəfindən saxlanılıb
1 dəq oxu

Fransa səfirliyinin iki əməkdaşı İranın kəşfiyyat xidmətləri tərəfindən dindirilmək üçün saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” hesabında məlumat verib.

"Onlar bir neçə saat səbəbsiz saxlanılıb, dindirilib və onlardan biri pis rəftara məruz qalıb. Nəticədə onlar səfirliyə qaytarılıblar və hazırda təhlükəsizdirlər və yaxın saatlarda Fransaya qayıtmalarını gözləyirlər", - XİN rəhbəri yazıb.

Hadisənin 19 iyul axşamı baş verdiyi bildirilir.

Əlaqəli Xəbərlər