Menyu

ABŞ-də qətldə təqsirləndirilən miqrant Trampı məhkəməyə verib

Operativ Media
ABŞ-də qətldə təqsirləndirilən miqrant Trampı məhkəməyə verib
1 dəq oxu

Birləşmiş Ştatlarda qətl törətdiyinə görə uzunmüddətli həbs cəzası çəkən qanunsuz miqrant, seçki kampaniyası zamanı onun işini xatırlatdığına görə Prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldıraraq 75 milyon dollar təzminat tələb edib.

Operativ Media xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"Müəyyən edilmiş cəza (39 ildən 102 ilə qədər) çəkən 27 yaşlı Brendon Ortiz-Vite Miçiqan Federal Dairə Məhkəməsinə əllə yazılmış iddia ərizəsi təqdim edib. O, prezident tərəfindən təhqir olunduğunu iddia edərək rəsmi üzrxahlıq, ABŞ vətəndaşlığı və 75 milyon dollar təzminat tələb edir", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər