Menyu

Almaniya prezidenti İlham Əliyevlə görüşünə dair paylaşım edib

Operativ Media
Almaniya prezidenti İlham Əliyevlə görüşünə dair paylaşım edib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Berlindəki "Villa Borsiq" iqamətgahında baş tutan görüşü ilə bağlı rəsmi paylaşım edib.

Operativ Media xəbər verir ki, paylaşımda deyilir:

"Sülh, sabitlik və əməkdaşlıq ətrafında fikir mübadiləsi: Federal Prezident Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Berlindəki 'Villa Borsiq' iqamətgahında danışıqlar üçün qəbul edib.

Müzakirələrin əsas diqqət mərkəzində ikitərəfli münasibətlər, Ermənistan və Azərbaycan arasında sülh prosesi, eləcə də cari regional və beynəlxalq məsələlər dayanıb. Federal Prezident Ermənistan və Azərbaycan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyişləri məmnunluqla qarşılayıb və hərtərəfli sülh sazişinə doğru növbəti addımların atılmasını təşviq edib.

Gündəlikdə Almaniya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri də yer alıb. Federal Prezident Azərbaycanın Cənubi Qafqazda, xüsusilə energetika və iqtisadiyyat sahələrində vacib tərəfdaş kimi rolunu vurğulayıb".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər