Menyu

İran ABŞ Mərkəzi Komandanlığının Küveytdəki əsas quru logistika mərkəzini vurub

Nicat Hüseynli
İran ABŞ Mərkəzi Komandanlığının Küveytdəki əsas quru logistika mərkəzini vurub
1 dəq oxu

Küveytdə yerləşən və ABŞ Ordusunun Cənub-Qərbi Asiyadakı əsas logistika və komandanlıq mərkəzlərindən biri olan "Arifcan" düşərgəsi ABŞ-nin yeni hücumları və atəşkəsin pozulmasından sonra İranın qisas əməliyyatları çərçivəsində yenidən raket və dron zərbələrinə məruz qalıb.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

"Arifcan düşərgəsi ABŞ Ordusunun Cənub-Qərbi Asiyadakı ən böyük qabaqcıl logistika və komandanlıq mərkəzlərindən biri hesab olunur. Burada milyardlarla dollar dəyərində əvvəlcədən yerləşdirilmiş hərbi texnika saxlanılır. Bu hərbi obyekt ABŞ qüvvələrinin region üzrə dəstəklənməsi, təchizatı və yerləşdirilməsində mühüm rol oynayır", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər