Ana səhifə / Siyasət / İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib 21.07.2026, 14:24 Operativ Media Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.Operativ Media xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşıladı.Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi.Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə raport verdi.Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor Fotogalereya
21.07.2026, 19:26 Ermənistanın U-17 güləş milliləri Bakıda keçiriləcək Dünya çempionatında iştirak edəcək