İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılıb
İranın Fransadakı müvəqqəti işlər vəkili İslam Respublikasında iki fransız diplomatın saxlanılması ilə əlaqədar Parisdə Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, iranlı diplomata bunun qəsdli və məqsədli aqressiv hərəkət olduğu və qəti şəkildə pisləndiyi çatdırılıb.
Nazirlik qeyd edib ki, Fransa diplomatlarının saxlanılması diplomatik personalın təhlükəsizliyinə təminat verən Vyana konvensiyalarının pozulmasıdır və Tehrana xəbərdarlıq edib ki, bu qərar nəticəsiz qalmayacaq.
Fransa XİN vurğulayıb ki, Paris İrandan baş verən hadisənin bütün hallarına aydınlıq gətirməsini, günahkarların cəzalandırılmasını və beynəlxalq öhdəliklərə uyğun olaraq Fransanın diplomatik nümayəndəliklərinin və əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini gözləyir.