Tramp: İran nümayəndələri ABŞ-lə görüşməyə çalışırlar
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin Vaşinqtonla görüş keçirmək üçün israrlı cəhdlər etdiyini iddia edib.
Operativ Media xəbər verir ki, Tramp bu açıqlamaları Livan Prezidenti ilə görüşü zamanı səsləndirib.
Onun sözlərinə görə, Tehran məzmunlu danışıqlara hazır olana qədər ABŞ-ın belə bir görüşə marağı yoxdur və Vaşinqton yaxın vaxtlarda İranla qarşıdurmanı dayandırmağı planlaşdırmır.
Tramp həmçinin bildirib ki, hazırkı vəziyyətdə münaqişə başa çatsa belə, İranın bərpası 20–25 il vaxt apara bilər. O, ölkənin ciddi şəkildə zəiflədiyini iddia edib.
ABŞ Prezidenti əlavə edib ki, İranın yeni nüvə obyekti aşkarlanacağı təqdirdə, Vaşinqton həmin hədəfə də zərbə endirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net