Menyu

Əraqçi fransız diplomatların saxlanılmasına münasibət bildirib

Operativ Media
Əraqçi fransız diplomatların saxlanılmasına münasibət bildirib

İran fransız diplomatların saxlanılmasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı Tehrandakı iki fransız diplomatın diplomatik normalara zidd olan hərəkətləri ilə bağlı etirazını bildirib.

O, bu cür davranışın qəbuledilməz olduğunu deyib və vurğulayıb ki, ölkənin qanun və qaydalarına riayət olunmalıdır:

"Eləcə də diplomatik prinsip və normalara sadiqlik xarici nümayəndəliklərin fəaliyyətinin davam etməsi üçün zəruri şərtdir".

Əraqçi bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almağa və Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməsinə çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər