Türkiyə hərbçilərinin Somalidə qalma müddəti uzadılıb
Operativ Media
Türkiyə parlamenti silahlı qüvvələrin Ədən körfəzi, Somali ərazi sularında və Ərəbistan dənizində qalma müddətini daha 2 il müddətinə uzadıb.
Operativ Media xəbər verir ki, Türkiyə hərbçiləri BMT və NATO-nun himayəsi altında xidmət edirlər.
Türkiyədən, xüsusilə də, Somalinin ərazi sularında təhlükəsizliyi təmin etmək istənilib.
Prezident Ərdoğanın parlamentə göndərdiyi təqdimatda Türkiyənin bölgədə gəmilərin təhlükəsizliyinin təmin edilməsində, silahlı soyğunçuluq və dəniz terrorizminə qarşı effektiv mübarizədə rolu vurğulanıb.
Parlament təqdimatı səsvermə yolu ilə təsdiqləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net