Menyu

Özbəkistanın baş prokuroru Kəlbəcər və Gəncəyə səfər edib

Operativ Media
Özbəkistanın baş prokuroru Kəlbəcər və Gəncəyə səfər edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova tərəfindən qəbul edilib. 

Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında tarixən formalaşmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunaraq, parlamentlərarası əlaqələrin və dövlət institutları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra nümayəndə heyəti işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfər edib. Qonaqlar Kəlbəcər şəhərində və İstisu ərazisində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olublar. 

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev tərəfindən rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər, eləcə də qarşıdakı inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonunda müasir şəhərsalma prinsipləri əsasında geniş quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti, həmçinin, Gəncə şəhərində olub. 

Qonaqlar əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib. Onlara Gəncə şəhərinin raket hücumlarına məruz qalması, dinc əhaliyə qarşı törədilmiş hücumların ağır nəticələri və həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Şəhərlə tanışlıq çərçivəsində qonaqlar Gəncənin zəngin tarixi və mədəni irsini əks etdirən Şah Abbas Məscidini, İmamzadə dini-memarlıq kompleksini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Bununla da, nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər