Menyu

Paşinyan və Merts regional təhlükəsizliyi müzakirə ediblər

Operativ Media
Paşinyan və Merts regional təhlükəsizliyi müzakirə ediblər
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Mertslə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki,  bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

Bildirilib ki, tərəflər Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı, həmçinin Almaniya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi və Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Əlaqəli Xəbərlər