Menyu

İsrail-Livan danışıqlarının növbəti tarixi açıqlanıb

Operativ Media
İsrail-Livan danışıqlarının növbəti tarixi açıqlanıb
1 dəq oxu

İsrail və Livan arasında birbaşa danışıqların yeddinci raundu avqustun 4-də İtaliyanın paytaxtı Romada keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani parlamentdə çıxışı zamanı bildirib.

“Avqustun 4-də dialoqun növbəti raundunu keçirəcəyik”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, qarşıdakı görüş iyulun 14-də Romada İsrail və Livan nümayəndə heyətləri arasında keçirilmiş görüşdən sonra başlanmış danışıqlar prosesinin davamı olacaq.

Əlaqəli Xəbərlər