Menyu

Ukrayna ABŞ ilə hava məkanının qorunmasını müzakirə edib

Operativ Media
Ukrayna ABŞ ilə hava məkanının qorunmasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenksi Kiyevdə ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker və NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlim üzrə xüsusi missiyasının komandanı, general-leytenant Kertis Bazzardla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.

O bildirib ki, görüşdə əsasən PURL təşəbbüsü çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün artırılması yolu ilə Ukrayna hava məkanının qorunması müzakirə olunub.

Zelenksi qeyd edib ki, Rusiyanın kütləvi zərbələri davam etdiyi üçün bu məsələ hazırda əsas prioritetdir.

Görüş zamanı ABŞ və Ukrayna arasında ikitərəfli müdafiə tərəfdaşlığı, o cümlədən ABŞ Prezidenti Donald Trampın Ankarada qəbul etdiyi Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziyanın verilməsi barədə qərarın icrası və tərəflərin üzərində işlədiyi “Drone Deal” layihəsi də nəzərdən keçirilib.

Bildirilib ki, sözügedən layihənin yaxın vaxtlarda yekunlaşdırılacağına ümid edilir.

Görüşün sonunda Kertis Bazzard Ukraynanın III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər