Menyu

Maduronun məhkəməsi təxirə salınıb

Operativ Media
Maduronun məhkəməsi təxirə salınıb

Nyu-York məhkəməsi Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı işin mahiyyəti üzrə məhkəmə prosesinin başlanmasını 1 iyun 2027-ci il tarixinə təyin edib.

Operativ Media xəbər verir ki, bu barədə ˝Associated Press˝ agentliyi məlumat yayıb.

Cədvələ əsasən, tərəflər bu ilin sentyabr ayından etibarən iş üzrə vəsatətlər təqdim etməyə başlayacaqlar.

Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesuelada həyata keçirdiyi əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşını saxlayaraq ölkədən çıxarıb.

Onlar 5 yanvar tarixində Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə çıxarılıblar.

Cütlük narkotik ticarətində iştirakda ittiham olunur. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini icraçı prezident Delsi Rodriges həyata keçirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər