İran ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqlayıb
Operativ Media
Tehranın özü belə imkana malik olmayacaqsa, regionda heç kimin neft satmasına icazə verməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf bildirib.
"Regionda bizim neft satmayacağımız yerdə heç kim neft satmayacaq. Əgər bizim təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazının təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin olmadığı halda mümkündür", – deyə o, bildirib.
Qalibaf vurğulayıb ki, ABŞ ilə münaqişədə yaranmış vəziyyətin məntiqi belə bir qaydaya gəlib çıxıb: "Ya hamısı, ya heç kim!".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net