Menyu

SEPAH: Hörmüz boğazının cənubundakı marşrut minalanıb

Operativ Media
SEPAH: Hörmüz boğazının cənubundakı marşrut minalanıb

İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Hüseyn Möhibi bildirib ki, Hörmüz boğazının cənub marşrutlarından istifadə təhlükəlidir, çünki həmin ərazinin sularında minalar yerləşdirilib.

"Hörmüz boğazının cənubundakı marşrut minalanıb. Bu istiqamətdə hərəkət etmək sərmayələrinizin məhv olmasına aparan yoldur. ABŞ-ın sizi aldatmasına imkan verməyin".

"Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının bəyanatında isə bildirilib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazının bütün gəmilər üçün bağlı elan edilməsinə baxmayaraq, bəzi dəniz nəqliyyatı vasitələrinin Tehran tərəfindən razılaşdırılmış marşrutlarla keçməsinin mümkünlüyünü istisna etmir.

"Dünənki xəbərdarlığın davamı olaraq bildiririk ki, Hörmüz boğazı hələ də bağlıdır. Əgər hər hansı gəmiyə boğazdan keçməyə icazə verilərsə, bu, yalnız müəyyən edilmiş marşrut üzrə və daha əvvəl elan olunmuş qaydalara uyğun şəkildə həyata keçiriləcək", – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. Bu ərazidə təhlükəsizliklə bağlı istənilən gərginlik qlobal neft və qaz bazarlarına təsir göstərə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər