Menyu

ABŞ və Səudiyyə Ərəbistanı dinc nüvə proqramı üzrə saziş imzaladı

Operativ Media
ABŞ və Səudiyyə Ərəbistanı dinc nüvə proqramı üzrə saziş imzaladı

ABŞ və Səudiyyə Ərəbistanı Vaşinqtonun krallığın dinc nüvə proqramına dəstəyini nəzərdə tutan saziş imzalayıb.

Operativ Media-nın ABŞ Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, sənədi ABŞ energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud imzalayıb.

ABŞ Konqresinin baxışına təqdim edilən sənəd Amerika şirkətlərinin Səudiyyə Ərəbistanının atom energetikasının inkişafı proqramının həyata keçirilməsində iştirakını nəzərdə tutur.

Vaşinqton bildirib ki, sənəd yüksək nüvə təhlükəsizliyi və nüvə silahlarının yayılmaması standartlarına uyğundur.

"The Wall Street Journal"ın məlumatına görə, saziş 30 il müddətinə hesablanıb və on milyardlarla dollar həcmində investisiyaları özündə ehtiva edir. Sənəd, həmçinin tərəflər bunu məqsədəuyğun hesab edərsə, Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi müəssisəsinin tikintisinə imkan verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər