Menyu

ABŞ İran-İraq sərhədindəki "Şalamçə" keçid məntəqəsini raket atəşinə tutub

Operativ Media
ABŞ İran-İraq sərhədindəki "Şalamçə" keçid məntəqəsini raket atəşinə tutub

ABŞ Silahlı Qüvvələri İran və İraq sərhədində yerləşən "Şalamçe" sərhəd-keçid məntəqəsinin olduğu əraziyə zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə "SNN" agentliyi Xuzistan vilayətinin təhlükəsizlik və asayiş məsələləri üzrə nazir müavinindən sitat gətirib.

"Bir neçə dəqiqə əvvəl "Şalamçe" sərhəd-keçid məntəqəsi ərazisi ABŞ tərəfindən raket atəşinə tutulub", - deyə o əlavə edib.

İranın dövlət teleradio şirkəti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb ki, İran və İraq sərhədində yerləşən "Şalamçe" sərhəd-keçid məntəqəsinə ABŞ tərəfindən endirilən zərbə nəticəsində azı 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb. Onların məlumatına görə, sərhəd-keçid məntəqəsinin fəaliyyəti davam edir, zərərçəkənlərə hadisə yerində yardım göstərilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər