Menyu

SEPAH Küveytdəki ABŞ hərbi bazalarına zərbələr endirib

Operativ Media
SEPAH Küveytdəki ABŞ hərbi bazalarına zərbələr endirib
1 dəq oxu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki iki hərbi obyektlərinə hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

“Əli əl-Salim hava bazasında Amerika qüvvələrinə məxsus böyük hərbi texnika anbarına, “Patriot” hava hücumundan müdafiə sisteminə və MQ-9 dron anqarına pilotsuz təyyarələrlə hücumlar təşkil etdik. Həmçinin Əl-Adiri kazarmasında ABŞ qoşunlarının dislokasiya məntəqəsinə və iki helikopter anqarına zərbələr endirdik”, - bəyanatda deyilib.

Əlaqəli Xəbərlər