Rubio: ABŞ Çinlə münasibətləri müttəfiqlərinin maraqları hesabına yaxşılaşdırmayacaq
ABŞ Çinlə münasibətləri inkişaf etdirməkdə maraqlı olsa da, bunu Asiya regionundakı müttəfiqlərinin mənafeləri zərərini həyata keçirməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ASEAN çərçivəsində keçirilən nazirlər səviyyəsindəki tədbirlər zamanı təşkil olunan mətbuat konfransında bəyan edib.
Diplomat Vaşinqtonun regionda mövcudluğunu sürdürəcəyini və müttəfiqlərini köməksiz qoymayacağını vurğulayıb. Onun sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatlarına, güclü ordularına və nüvə arsenalına malik iki dövlət kimi ABŞ və Çin arasında mümkün qədər müsbət münasibətlərin olması vacibdir.
Dövlət katibi əlavə edib ki, bu əməkdaşlıq heç bir halda regiondakı tərəfdaşların və müttəfiqlərin maraqlarına kölgə salmamalıdır.