Menyu

"Hall Siti" ingiltərəli müdafiəçi Mett Targett ilə müqavilə imzalayıb

Əziz Əzizli
"Hall Siti" ingiltərəli müdafiəçi Mett Targett ilə müqavilə imzalayıb
1 dəq oxu

İngiltərənin "Hall Siti" klubu heyətini müdafiəçi Mett Targett ilə gücləndirərək onunla müddəti daha bir il uzadıla bilən iki illik müqavilə bağlayıb.

​Operativ Media xəbər verir ki, 30 yaşlı ingilis futbolçu komandaya azad agent statusu ilə qoşulub. Onun son klubu "Nyukasl Yunayted" olub.

​Karyerası ərzində İngiltərə Premyer Liqasında "Sauthempton", "Aston Villa" və "Nyukasl Yunayted"in şərəfini qoruyan Targett, 2025/2026-cı illər mövsümünü icarə əsasında Çempionşip təmsilçisi "Midlsbro"da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 46 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

​"Transfermarkt" portalının məlumatına görə, təcrübəli müdafiəçinin transfer dəyəri 3 milyon avro qiymətləndirilir.

Əlaqəli Xəbərlər