Menyu

"Barselona" hücumçu Kərim Adeyemi ilə uzunmüddətli müqavilə bağlayıb

Operativ Media
"Barselona" hücumçu Kərim Adeyemi ilə uzunmüddətli müqavilə bağlayıb
1 dəq oxu

İspaniyanın "Barselona" klubu Almaniya millisinin hücumçusu Kərim Adeyemi ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıb.

​Operativ Media xəbər verir ki, 24 yaşlı futbolçu Kataloniya təmsilçisinə Dortmund "Borussiya"sından transfer olunub. Onun Almaniya klubu ilə olan əvvəlki sözləşməsinin müddəti 2027-ci ilin iyun ayının sonunadək idi.

​Adeyemi 2022-ci ildən şərəfini qoruduğu "Borussiya"nın heyətində 2025/2026-cı illər mövsümündə 39 oyuna çıxaraq 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu karyerası ərzində Avstriyanın "Zalsburq" və "Lifering" komandalarında da çıxış edib.

​"Transfermarkt" portalı almaniyalı futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir. Qeyd edək ki, insayder Florian Plettenberqin yaydığı məlumata görə, bu keçid "Barselona"ya 22 milyon avroya başa gəlib.

Əlaqəli Xəbərlər