Menyu

“Səbail” PFK-nın yay hazırlıq planı məlum olub

Operativ Media
“Səbail” PFK-nın yay hazırlıq planı məlum olub
1 dəq oxu

“Səbail” PFK 2026–2027-ci il mövsümü üçün hazırlıqlara iyulun 27-də start verəcək.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" baş məşqçi Elnur Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək.

Hazırlığın ikinci mərhələsi isə Türkiyədə baş tutacaq. Komanda 10–25 avqust tarixlərində Bolu bölgəsində təlim-məşq toplanışında olacaq. “Səbail” PFK bu müddət ərzində “Bolu Termal Hotel”də məskunlaşacaq və hazırlıq proqramı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır. 

Yoxlama görüşlərinin tarixləri və rəqiblər dəqiqləşdikdən sonra klubun rəsmi internet səhifəsində və sosial media hesablarında ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər