Menyu

Rusiya dizel və benzin ixracına qadağanı uzatmağı müzakirə edir

Əsəd Abbaslı
Rusiya dizel və benzin ixracına qadağanı uzatmağı müzakirə edir
1 dəq oxu

Rusiya hakimiyyəti dizel yanacağı və benzinin xarici bazarlara tədarükünə tətbiq olunan məhdudiyyətlərin müddətinin artırılması variantını nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə TASS agentliyi sahədəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrinin məlumatına əsasən, dizel yanacağının istehsalçılar tərəfindən ixracına qoyulan qadağanın daha bir ay, benzin ixracına tətbiq edilən qadağanın isə altı ay uzadılması müzakirə olunur.

Qərarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Əlaqəli Xəbərlər