Menyu

Aİ Gürcüstandakı neft emalı zavodunu sanksiyalar siyahısına daxil edib

Operativ Media
Aİ Gürcüstandakı neft emalı zavodunu sanksiyalar siyahısına daxil edib
1 dəq oxu

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində Gürcüstanın Kulevi qəsəbəsində yerləşən neft emalı zavodunu da məhdudiyyətlər siyahısına salıb.

Operativ Media xəbər verir ki, buna səbəb kimi müəssisənin Rusiya neftini emal etməsi göstərilib.

Məlumata görə, zavodla maliyyə əməliyyatlarına qadağa altı aydan sonra qüvvəyə minəcək.

Bundan başqa, müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda qeydiyyatdan keçmiş 14 kriptovalyuta platforması da sanksiyalara məruz qalıb.

Qeyd edək ki, zavodun sahibi olan Black Sea Petroleum şirkəti daha əvvəl avqust-sentyabr aylarından etibarən Rusiya neftinin idxalından tam imtina etməyi planlaşdırdığını açıqlamışdı.

Əlaqəli Xəbərlər