Menyu

Quterreş: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

Operativ Media
Quterreş: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır
1 dəq oxu

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə münaqişənin genişlənməsi fonunda vəziyyətin təhlükəli həddə çatdığını bildirib.

Operativ Media xəbər verir ki, Quterreş bu barədə BMT Təhlükəsizlik Şurasının sülh yolu ilə nizamlanmaya həsr olunmuş açıq debatında çıxışı zamanı danışıb.

"Vəziyyət nəzarətdən çıxır və ağlasığmaz bir həddin astanasındadır. Region getdikcə genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır, bir eskalasiya isə digərini təhrik edir", – deyə o vurğulayıb.

BMT Baş katibi qeyd edib ki, Yaxın Şərqdəki münaqişələrin hərbi həlli mümkün deyil və tərəfləri gərginliyin azaldılması istiqamətində addımlar atmağa çağırıb.

"Geriyə addım atmağın vaxtı çatıb", – deyə Quterreş əlavə edib.

Əlaqəli Xəbərlər