ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini səsverməyə çıxara bilər
Birləşmiş Ştatlar Konqresinin Senatı gələn həftə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə səsvermə keçirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Demokratlar Partiyasının nümayəndələri respublikaçı həmkarlarına prezident Donald Trampın İranla bağlı təklif etdiyi müddəaları da əhatə edən yeni sanksiya paketi üzrə səsverməyə hazır olduqlarını bildiriblər. Bununla belə, sənədin baxılma müddəti ilə bağlı Senatdakı respublikaçıların lideri Con Tyun və demokratların lideri Çak Şumer arasında yekun razılıq əldə olunmalıdır.
Daha əvvəl Con Tyun jurnalistlərə açıqlamasında qanun layihəsinin yay mövsümünün sonunadək təsdiqlənə biləcəyini və sənədə İranla bağlı maddələrin əlavə edildiyini təsdiqləyib.