Menyu

ABŞ yeni viza məhdudiyyətləri tətbiq edir

Şəfa Hüseynli
ABŞ yeni viza məhdudiyyətləri tətbiq edir
1 dəq oxu

ABŞ kibercinayətkarlıq, onlayn fırıldaqçılıq və rəqəmsal texnologiyalarla bağlı cinayətlərlə mübarizə aparmaq üçün yeni qlobal viza məhdudiyyəti siyasətini elan edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, yeni qayda  kiberhücumlar, onlayn fırıldaqçılıq, cinsi şantaj və Amerika vətəndaşlarına zərər verən digər cinayətkar sxemlərlə məşğul olan şəxsləri hədəf alır.

Qanunun əsas məqsədi kibercinayətkarlıq və fırıldaqçılıqdan qazanc əldə edən şəxslərin ABŞ-yə girişini məhdudlaşdırmaq və beynəlxalq cinayətkar təşkilatlara təzyiqi artırmaqdır.

Əlaqəli Xəbərlər