Menyu

Kolumbiya Futbol Federasiyası baş məşqçi Nestor Lorenso ilə müqaviləni yeniləyib

Operativ Media
Kolumbiya Futbol Federasiyası baş məşqçi Nestor Lorenso ilə müqaviləni yeniləyib
1 dəq oxu

Kolumbiya Futbol Federasiyası (FCF) milli komandanın baş məşqçisi Nestor Lorenso ilə yeni müqavilə imzalayıb.

​Operativ Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında bağlanan yeni razılaşmanın müddəti barədə təfərrüat açıqlanmayıb.

​Federasiyanın bəyanatında bildirilib ki, bu addımla qurum mütəxəssisin yığmanın sükanı arxasında gördüyü texniki işlərə tam dəstəyini bir daha təsdiqləyir.

​60 yaşlı argentinalı mütəxəssisin rəhbərliyi altında Kolumbiya seçməsi 2024-cü il Amerika Kubokunda gümüş medallara sahib çıxıb. Yığma 2026-cı il dünya çempionatında isə 1/8 final mərhələsinədək irəliləyib və bu mərhələdə İsveçrəyə penaltilər seriyasında məğlub olub (0:0, 3:4).

Əlaqəli Xəbərlər