Menyu

Abdullah Zubir: İnanıram ki, növbəti oyun bizim üçün uğurlu olacaq

Operativ Media
Abdullah Zubir: İnanıram ki, növbəti oyun bizim üçün uğurlu olacaq
1 dəq oxu

​"Qarabağ"ın hücumçusu Abdullah Zubir CSKA ilə 0:0 hesablı bərabərliklə başa çatan qarşılaşmadan sonra mətbuat nümayəndələrinə açıqlama verib.

​Operativ Media xəbər verir ki, təcrübəli futbolçu rəqibin güclü olduğunu bildirib: "Çox yaxşı komandaya qarşı oynadıq. Qol epizodlarımız çox olsa da, onları dəyərləndirə bilmədik. Nəticədə qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatdı".

​Hücumçu artıq növbəti matça köklənməyin vacibliyini qeyd edib: "İndi isə bu oyunu geridə qoyaraq bütün diqqətimizi növbəti matça yönəltməliyik. Yaxşı heyətimiz var və inanıram ki, növbəti oyun bizim üçün uğurlu olacaq. Bunun üçün isə səylə çalışmalıyıq".

Əlaqəli Xəbərlər