Menyu

Andrea Pirlo İtaliya milli komandasının yeni baş məşqçisi ola bilər

Operativ Media
Andrea Pirlo İtaliya milli komandasının yeni baş məşqçisi ola bilər
1 dəq oxu

İtaliya yığmasının sükanı arxasına Andrea Pirlonun gətiriləcəyi gözlənilir.

​Operativ Media xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

​Xəbərə görə, 47 yaşlı mütəxəssislə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Pirlo bu postda illik 1,5 milyon avro məvacib alacaq. Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

​Nəşr bildirir ki, Xosep Qvardiolanın təklifdən imtina etməsindən sonra İtaliya Futbol Federasiyası üçün əsas namizəd məhz Pirlo olub. 2025-ci ildən "Dubay Yunayted"i çalışdıran mütəxəssis əvvəllər "Yuventus", "Fatih Karagümrük" və "Sampdoriya" klublarına rəhbərlik edib.

​Qeyd olunub ki, İtaliya milli komandasının 2026-cı il dünya çempionatının yekun mərhələsinə vəsiqə qazana bilməməsindən sonra baş məşqçi Cennaro Qattuzo vəzifəsindən istefa verib.

Əlaqəli Xəbərlər