"Zolotaya Korona" vasitəsilə Azərbaycandan Rusiyaya pul köçürmələri dayandırılıb
"Zolotaya Korona" ödəniş sistemi vasitəsilə Azərbaycandan Rusiyaya pul köçürmələri müvəqqəti dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Unibank" və "Yelo Bank" bildiriblər ki, "Zolotaya Korona" ödəniş sistemini dəstəkləsələr də, xidmətdə yaranan texniki problemlər səbəbindən Azərbaycandan Rusiyaya pul köçürmələri müvəqqəti dayandırılıb. "VTB Azərbaycan" isə bu ödəniş sistemi vasitəsilə köçürmələr həyata keçirmədiyini açıqlayıb.
Bildirilb ki, rəsmi saytda Rusiyadan onlayn pul köçürülməsi mümkün olan ölkələr arasında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd olunub.
Bu məhdudiyyətin Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməsindən sonra tətbiq olunduğu bildirilir.
Qeyd edək ki, “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan “Platejnıy Sentr” (“Платежный центр”) Rusiya Qeyri-Bank Kredit Təşkilatı Aİ-nin sanksiyalar paketinə daxil edilib.
dəqiqələr içində saytın olsun.