Menyu

İordaniya İranın 7 raket və 6 pilotsuz uçuş aparatını zərərsizləşdirib

Operativ Media
İordaniya İranın 7 raket və 6 pilotsuz uçuş aparatını zərərsizləşdirib
1 dəq oxu

İran istiqamətindən buraxılan 7 raket və 6 pilotsuz uçuş aparatı (PUA) İordaniya hava hücumundan müdafiə vasitələri və Kral Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən zərərsizləşdirilib.

Operativ Media xəbər verir ki, raket və PUA-ların zərərsizləşdirilməsi zamanı insan tələfatı və maddi ziyan qeydə alınmayıb.

Qeyd olunur ki, İran İnqilab Keşikçiləri Korpusu Amerika Birləşmiş Ştatlarının (ABŞ) İordaniyadakı əl-Əzraq hərbi bazasına zərbə endirdiyini açıqlayıb.

Hücumların ABŞ Mərkəzi Komandanlığı qüvvələrinin İrana qarşı ardıcıl 13-cü gecə zərbələrinə cavab olaraq edildiyi vurğulanıb.

Xatırladaq ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisinin olduğu bildirilib.

Əlaqəli Xəbərlər