Menyu

Tramp: Si Cinpin və Putin İrana silah satmayacaq

Əsəd Abbaslı
Tramp: Si Cinpin və Putin İrana silah satmayacaq
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin İrana silah satmayacaqlarına dair ona söz verdiklərini bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə özünün sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Si Cinpinin verdiyi təminat Çinin silah istehsalçısı şirkətlərinə də şamil olunur.

ABŞ prezidenti həmçinin Çin və Rusiyanın Tehrana mümkün silah tədarükündə iştirak etmədiyinə inandığını bildirib.

Tramp qeyd edib ki, əksinin baş verməsi hər iki ölkə üçün "çox pis nəticələr" doğura bilər.

Əlaqəli Xəbərlər