Menyu

UNESCO Yaxın Şərqdəki altı abidəni təhlükədə olan Dünya İrsi Siyahısına əlavə edib

Şəfa Hüseynli
UNESCO Yaxın Şərqdəki altı abidəni təhlükədə olan Dünya İrsi Siyahısına əlavə edib
1 dəq oxu

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Yaxın Şərqdəki altı abidəni Təhlükədə olan Dünya İrsi Siyahısına daxil edib. 

Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Müvafiq qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Busan şəhərində (Koreya Respublikası) keçirilən 48-ci sessiyasında qəbul edilib.

Siyahıya Amel dağı ərazisindəki beş Livan qalası, o cümlədən XII əsrdə qurulmuş Bofort qalası, Sebastiya arxeoloji ərazisi daxildir.

Əvvəllər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim Tirin xarabalıqları, İsrailin Livana hava hücumlarından sonra Təhlükədə olan İrs siyahısına salınıb.

Əlaqəli Xəbərlər