Hindistanın təhsil naziri etirazlar fonunda istefa verib
Şəfa Hüseynli
Hindistanın təhsil naziri Dharmendra Pradhan imtahan materiallarının sızmasına görə tələbələrin etirazları fonunda istefa verib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazir mayın 3-də keçirilən imtahan zamanı pozuntuların aşkar edildiyini etiraf edib.
Onun sözlərinə görə, Hindistan hökuməti məsələ ilə bağlı araşdırma başladıb və təkrar imtahanın tarixi açıqlanıb.
Son günlər Hindistanda test tapşırıqlarının sızması səbəbindən tibbi ixtisaslara qəbul imtahanlarının maydan iyuna keçirilməsi ilə bağlı etiraz dalğası başlayıb.
İmtahanda ölkənin 550-dən çox şəhərində 2,2 milyondan çox gənc iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net