Menyu

Suriyada avtobusun toqquşması nəticəsində 35 nəfər həlak olub

Şəfa Hüseynli
Suriyada avtobusun toqquşması nəticəsində 35 nəfər həlak olub
1 dəq oxu

Suriyanın şərqindəki Əs-Suxna şəhəri yaxınlığında iki avtobusun iştirakı ilə baş verən qəzada ən azı otuz beş nəfər ölüb, 37 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.

Məlumata görə, qəza Deyr əz-Zor və Dəməşq şəhərləri arasındakı magistral yolda baş verib.

Qeyd olunur ki, Suriya Müdafiə Nazirliyi yaralıları Homsdakı hərbi hospitala daşımaq üçün bir neçə helikopter göndərib.

Əlaqəli Xəbərlər