Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edilib
Operativ Media
Türkiyənin 35 əyalətində vətəndaşlara əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Samsun, Sinop və Ordu da daxil olmaqla 13 əyalət üçün "narıncı", Ankara, İstanbul və Konya da daxil olmaqla 22 əyalət üçün isə "sarı" təhlükə səviyyəsi elan edilib.
Qeyd olunub ki, həmin ərazilərdə müvafiq qurum və təşkilatlardan 18.705 işçi heyəti və 8.696 nəqliyyat vasitəsi 24/7 növbədədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net